“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın tanınmış “L’Equipe” nəşrinə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Azərbaycandakı həyatından və “Qarabağ”ın hədəflərindən söz açıb:
“Burada Fransada olduğu kimi, ətraf restoranlarla doludur. Həyat gözəldir. Hamı sülh şəraitində yaşayır. Təhlükəsizlik baxımından da hər şey əladır. Klub iddialıdır. “Qarabağ” 11 ildir ki, ard-arda Avropa kubokunda yarışır. Bu isə məni həyəcanlandırır. Mən “Arsenal”a, “Bayer”ə, “Tottenhem”a, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasınının iştirakçısı olmamışam. İki dəfə pley-offda mübarizəni dayandırmışıq. Mən bu anları “Qarabağ”la yaşamaq istəyirəm”.