İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Fiorentina”nın futbolçusu Moyze Kin ötən aydakı performansı səbəbindən hər kəsi üstələyib.
24 yaşlı hücumçu səsvermədə Alessandro Bonjorno (“Napoli”), Federiko Dimarko (“İnter”), Ademola Luqman (“Atalanta”), Kefren Turam (“Yuventus”) və Mattia Zakkanini (“Latsio”) qabaqlayıb.
Kin noyabr ayında A seriyasında 3 matça çıxıb və 5 qol vurub.