Türkiyə Super Liqa klubu “Adana Demirspor”un 3 xalı silinib.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Adana klubunun lisenziyalaşdırma qaydalarına əməl etməməsi olub. 14 turdan sonra 2 xal toplayan “mavi şimşəklər”in xalı cəza nəticəsində -1 olub.
Xatırladaq ki, millimizim üzvü Şahruddin Məhəmmədəliyev ötən mövsüm bu klubda çıxış edib.