Ukrayna millisinin və “Çelsi”nin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun qanında qadağan olunmuş dərman tapılıb.
İngiltərə mətbuatında yazılanlara inansaq, 23 yaşlı oyunçu 4 il müddətinə diskvalifikasiya ilə üzləşəcək.
Yaxın vaxtlarda “B” nümunəsi açılacaq və bu testin nəticəsi önəmli olacaq.