AFFA İcraiyyə Komitəsi (İK) millinin aşağı yaş qruplarındakı məşqçilərlə bağlı qərar verəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qurumun bu yaxınlarda keçirilməsi gözlənilən iclasında veriləcək qərarlardan biri də aşağı yaş qruplarında yer alan məşqçilərlə bəziləri ilə yolların ayrılması olacaq.
Öncəliklə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadənin hesabatı dinləniləcək.
İK U-21 millimizin baş məşqçisi Samir Əliyev və U-19 millimizin çalışdırıcısı Elxan Abdullayevlə bağlı da yekun qərarını verəcək.
Qurum həmçinin millinin aşağı yaş qruplarının digər baş məşqçiləri ilə bağlı da son olaraq qərarını verməli olacaq.