UEFA Avropa Liqasının Liqa yolunda növbəti tur “Qarabağ” Rumıniyanın FKSB klubu ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Rumıniya klubunun İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka ölkəsinin məatbuatına açıqlamasında “Qarabağ”ın da onlarla birgə eyni oteldə qalacağını iddia edib:
“Yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə yoldaşlıq oyunu keçirəcəyik. Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, “Qarabağ”ın məşqçiləri və futbolçuları bizimlə bir oteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir”.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.