“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın LNZ (Çerkassı) klubunu çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəsssis sözügedən komanda ilə danışıqlar aparır.
Hazırda LNZ-də baş məşqçi postu boşdu. Klub rəhbərliyi məhz 59 yaşlı mütəxəssisi komandaya cəlb etmək niyyətindədi. Tərəflər arasında danışıqların getdiyi və son mərhələdə olduğu bildirilir. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə, Qirqorçuk LNZ-nin yeni baş məşqçisi olacaq.