“Neftçi” futbolçuları “Kəpəz” oyununda qazanılan qələbənin mükafatından məhrum edilib.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik oyunçulara qalibiyyət üçün şərtli pul mükafatı vəd edib. Belə ki, komanda Premyer Liqanın ilk dövrəsinin son matçında “Turan Tovuz”u da məğlub etməliydi.
Əgər “Neftçi” Tovuzdakı görüşdə qələbə qazansaydı, rəhbərlik həm “Kəpəz”, həm “Turan Tovuz” oyunları üçün futbolçulara “premya” verəcəkdi.
Ancaq “ağ-qaralar” səfərdən heç-heçə (1:1) ilə döndükləri üçün “Kəpəz” matçının mükafatı ləğv edilib.