Dünən “Səbail”də baş məşqçi Cavid Hüseynovla rəhbərlik arasında iclas keçirilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər”in çalışdırıcısı klub rəhbərliyinə köməkçi məşqçi Vüqar Bəybalayevdən narazılıq edib. Hüseynov onunla işləmək istəmədiyini bildirib.
Rəhbərlik baş məşqçinin istəyini nəzərə alsa da, hələlik konkret cavab verməyib. Ancaq böyük ehtimalla Bəybalayev artıq Cavid Hüseynovun məşqçilər heyətində yer almayacaq.
Baş məşqçinin onunla çalışmaq istəməməsi rəhbərliyin də fikirlərinə təsir edib. Məlumata görə, rəhbərlik baş məşqçinin istəyini geri çevirməyəcək.
Xatırladaq ki, Vüqar Bəybalayevlə yanaşı, Elvin Məmmədov və Fuad Əsədov Cavid Hüseynovun köməkçiləridi.
Qeyd edək ki, “Səbail” mövsümün ilk dövrəsini sonuncu sırada başa vurub.
Tunar