“Araz-Naxçıvan”dan ayrılan İsmail Azzaui karyerasını Kiprdə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi “Omoniya 29” klubu ilə anlaşıb. Azzaui ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
26 yaşlı futbolçu “Araz-Naxçıvan”da 7 oyuna çıxıb və 1 qol vurub.