“Selta” futbolçusu Yaqo Aspası komandada saxlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı hücumçu ilə yeni sözləşmə imzalanıb. Müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Yaqo İspaniya LaLiqasının cari mövsümündə 16 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib. O, “Liverpul” və “Sevilya”nın da formasını geyinib.