08 İyul 2026
Dünya futbolu

“Mançester Siti”nin hədəfindəki oyunçu

“Mançester Siti” heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərliyin hədəfi “Real Sosyedad”da çıxış edən Martin Subimendidir. Növbəti həftə onun klubu ilə danışıqlar başlayacaq.

“Şəhərlilər” 25 yaşlı yarımmüdafiəçinin müqaviləsində yer alan 50 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyərək onun transfer etməyi planlaşdırır.

Subimendi 21 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43