10 Yanvar 2025
Dünya futbolu

Zidanın arzusu reallaşa bilər

Didye Deşam müqaviləsi başa çatdıqdan sonra Fransa millisini tərk edəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin yerinə ən real namizəd Zinəddin Zidan hesab olunur.

Fransalı mütəxəssis uzun müddətdir ki, ölkəsinin milli komandasına rəhbərlik etməyi arzulayır. O, bu səbəbdən klublardan gələn təklifləri rədd edir.

Zidanın 2026-cı dünya çempionatından sonra milli komandanı tərk edəcəyini açıqlayan Deşamı əvəzləyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43