Olavio Juninyonun ayrılışından sonra hücumçu axtarışlarını davam etdirir.
İdmanxeber.az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu “Legiya”nın fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir. Oyunçu 1 milyon avroya Fransanın “Bastiya” klubundan “Legiya”ya keçib.
Fransalı futbolçunun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Transfermarkt portalı forvardın bazar dəyərini 600 min avro qiymətləndirir. Alfarela karyerası ərzində “Qonfrevil”, “Annesi”, “Paris”, “Bastiya”da oynayıb.