23 Yanvar 2025
Ölkə futbolu

Bakının mərkəzindəki stadionu 35 illik icarəyə götürəcəklər? – Paytaxt klubu AFFA-dan xoş xəbər gözləyir

ASK Arena Azərbaycan II liqa təmsilçisi “Şəfa” klubuna verilə bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu stadionu icarəyə götürmək üçün quruma müraciət edib. Hətta tərəflər arasında bununla bağlı görüş də baş tutub. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşən “Şəfa” rəhbərliyi klub və stadionla bağlı gələcək planlarını açıqlayıblar. 

“Şəfa” klubu ASK Arenanı 35 illik icarəyə götürməyi planlaşdırır. Əgər AFFA stadionu Bakı təmsilçisinə versə, o zaman arenanın adı da avtomatik olaraq dəyişdiriləcək. Həmçinin stadionun əsas və 4-cü meydançası təbii örtüklə əvəzələnəcək.

İK-in iclasından sonra stadionun icarə əsasında “Şəfa”ya verilib-verilməyəcəyi dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43