“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu “Ayaks”dan Devayn Rençi transfer edib. 22 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, D.Renç cari mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 26 oyun keçirib, bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.