Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar pley-offda 8 cüt təşkil edib.
Pley-off mərhələsinin mümkün cütləri
“Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)
“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
“Yunion” (Belçika) – “Ayaks” (Niderland)
PAOK (Yunanıstan) – FCSB (Rumıniya)
“AZ Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)
“Midtyullann” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.