04 Fevral 2025
Ölkə futbolu

“Kəpəz”dən növbəti transfer

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Futbolçu “Turan Tovuz”dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə “Kəpəz”in əsas komandasının heyətində çıxış edib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların da şərəfini qoruyub.

Qeyd edək ki, “Kəpəz” cari qış transfer pəncərəsində bunadək Rati Ardazişvili, Şervoni Mabatşoev və Trent Buhagiari də heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43