04 Fevral 2025
Dünya futbolu

“Beşiktaş” italiyalı ilə yollarını ayırdı

Türkiyənin “Beşiktaş” klubu Şer Ndurla yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. İstanbul təmsilçisi bu barədə paylaşım edib.

20 yaşlı futbolçu cari mövsüm “qara qartallar”ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43