05 İyun 2026
Ölkə futbolu

“Aqressiyam hakimlərə deyildi, öz futbolçularıma idi” – Azər Bağırov

“Maraqlı oyun alındı. İki fərqli hissə izlədik. Məncə, ilk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xətdə, həm də cinahlarda “dişsiz” olduq. Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Şamaxı” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Aqressiyam Hakimlərə deyildi, öz futbolçularıma idi. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, “Zirə” ilə matça fərqli motivasiya ilə çıxa bilərdik. Həddindən artıq qələbə istəyirdik.

Heyətdə cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanada ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Orta xətt oyunçusunun orada oynaması problem deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43