17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə əldə edən komandaların qarşılaşmasında Özbəkistan seçməsi 2:1 hesablı qələbə qazanıb.
Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Bununla U-17 İnkişaf Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.