Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda 4-cü yerdəki “Turan Tovuz” 8-ci pillədəki “Şamaxı”nın qonağı olub. Oyun Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında 1-ci dövrənin oyunu 2:2 hesabı ilə bitib. 2-ci dövrənin matçında isə “Turan Tovuz” 3:2 hesabı ilə qalib gəlib.
Bu günün digər oyununda “Zirə” “Kəpəz”i qəbul edəcək.
Misli Premyer Liqası, 24-cü tur
23 fevral (bazar)
14:30.“Şamaxı” – “Turan Tovuz” – 0:1
Qol: Aleks Souza, 30
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
Şamaxı şəhər stadionu