23 Fevral 2025
Ölkə futbolu

“Turan Tovuz” bəyanat yaydı: “Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var”

“Turan Tovuz” klubu Şamaxıda baş tutmalı olan oyunla bağlı bəyanat yayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz klubu qarşılaşmanın təxirə salınması ilə bağlı PFL-ə müraciət edib.

“Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” – “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik.

Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43