24 Fevral 2025
Ölkə futbolu

Bu klub AFFA-dan rədd cavabı aldı, alternativ variantları nəzərdən keçirir

Heydər Əliyev prospektində yerləşən “ASK Arena” heç bir klubun sərəncamına verilməyəcək.

İdmanxeber.az-a daxil olan məlumata görə, 2001-ci ildə inşa edilən arenanın xidmətlərində maraqlı olan Azərbaycan II Liqa klublarından “Şəfa” bu istəyinə nail ola bilməyib.

Belə ki, paytaxt təmsilçisi bu stadionu 30 illik icarəyə götürmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmişdi. Lakin qurumun cavabı müsbət olmayıb.

Bu baxımdan da “Şəfa” klubunun rəhbərliyi alternativ variantları gözdən keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43