Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli hücumçu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacaq. Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub.
“Radomyak”ın baş məşqçisi Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib:
“İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.
Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.