28 Fevral 2025
Dünya futbolu

“Neftçi”nin sabiq baş məşqçisi klubundan ayrıldı

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç iş yerindən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis İranın “İstiqlal Xuzestan” klubu ilə müqaviləsini birtərəfli ləğv edib. Buna səbəb qarşı tərəfin maliyyə şərtlərini yerinə yetiməməsidi. 

Onunla bu ilin iyununa qədər müqavilə imzalanıb. Qeyd edək ki, Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43