28 Fevral 2025
Ölkə futbolu

“Neftçi” “Kəpəz”i qəbul edir, “Zirə” kubokla vidalaşdı qəbul edir – YENİLƏNİR

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Zirə” “Araz-Naxçıvan”ı qəbul edib. Naxçıvan klubu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Komandalar arasındakı ilk oyun da “Araz Naxçıvan”ın 1:0 hesablı qələbəsilə başa çatmışdı.

Bu nəticənin ardından “Araz Naxçıvan” yarımfinala yüksəlib. Komanda bu mərhələdə “Qarabağ”la üz-üzə gələcək. 

Günün digər matçında isə “Neftçi” “Kəpəz”lə qarşılaşacaq. Oyun saat 19:30-da start götürəcək. Bu komandalar arasında ilk görüş paytaxt təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Cütün qalibi növbəti raundda “Sabah”la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən 2 cavab oyunundan sonra “Qarabağ” və “Sabah”ın yarımfinala yüksəldiyi dəqiqləşib.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

28 fevral

16:00. “Zirə” – “Araz-Naxçıvan” 0:2

Qol: Felipe Santos, 3-pen. 45-pen.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Zirə İdman Kompleksinin stadionu

İlk oyun: 0:1.

19:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

“Neftçi Arena”. 

İlk oyun: 2:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43