“Liverpul” klubunun futbolçusu Luis Dias yayda “Atletiko”ya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 28 yaşlı futbolçunun xidmətində maraqlıdı. Rəhbərlik Antuan Qrizmannın Amerikay getmək ehtimalı olduğu üçün onun yerinə Diası düşünür.
Luis Diasın Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Lakin onun komandadakı gələcəyinə zəmanət verilmir. Klub 60-70 milyon avroluq təkliflərə açıqdır.