“Barselona” yayda yeni hücumçu transfer etmək fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Robert Levandovskidən razıdı. Klubun idman direktoru Deko bu yay Viktor Qyökereş və ya Aleksandr İsak üçün təklif göndərmək əvəzinə 36 yaşlı polşalı ilə davam etmək qərarına gəlib.
Məşqçilər heyəti də Levandovskiyə güvənir. Onlar hücum xəttində yeni futbolçu düşünmürlər.