Misli Premyer Liqasının XXV turunda “Sabah” “Araz Naxçıvan”ı qəbul edəcək.
İdmanxeber.az-a verilən məlumata görə, hər iki komandada oyun öncəsi itkilər var. Paytaxt klubunda Ayaz Quliyev, Namik Ələsgərov və Abdulla Xaybullayev zədə səbəbindən görüşü buraxacaqlar.
“Sabah”la yanaşı, “Araz Naxçıvan”da da itkilər var. Naxçıvan təmsilçisində də 3 futbolçu – Ramon Maçado, Mustafa Əhmədzadə və Kuzmanoviç bu matçda iştirak edə bilməyəcək.
Qarşılaşma bu gün saat 19:30-da start götürəcək.

