05 İyun 2026
Ölkə futbolu

Rəşad Sadıqov: “Olduqca vacib 3 xal qazandıq”

“Futbolçularıma təşəkkür edirəm. “Turan Tovuz” əla komandadır. Onlara qarşı hazırlaşmaq da çətin idi. Komandanın gücü bəllidir. Olduqca vacib 3 xal qazandıq. Ən çətin qrafik bəlkə də bizdədir. 4 gün sonra “Səbail”lə oynamalıyıq. Nə qədər tez keçid edə bilsək, o qədər yaxşı olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Turan Tovuz” oyunu (2:0) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Kurban Berdıyevi üçüncü cəhddə məğlub edə bildiz. Bugünkü qələbənin sirri nə oldu?

– Futbolçuların əzmkarlığı və oyun intizamı. Rəqib son 25 dəqiqədə çox hücumlara atıldı. Amma futbolçularım buna imkan vermədi. Bir komandaya uyğun nələrisə dəyişmək çox çətin olur.

– İsa Cibrillanın davamlı start heyətdə yer aımasına nə mane olur?

– Həm Məqsəd İsayev, həm də Cibrilla eyni mövqeyin futbolçularıdır. Sadəcə bəzən rotasiyalar etməyə məcbur oluruq. Bu bəzən limitlə, bəzən də başqa səbəblə bağlı olur.

– Tiaqo Silavın uzun müddət start heyətdə olmaması nədir?

– Limitə görə Tiaqoya şans verə bilmirəm. Amma Aydın Bayramovun performansı bizə rahatlıq verir.

– Belə həlledici məqamda futbolçuları psixoloji yoxsa taktiki cəhətdən hazırlamaq çətindir?

– Bunu sıx qrafiklə əlaqələndirə bilmərəm. Bura rotasiyayla gəlmişdik. Hansı ki, bunlar özünü doğrultdu.

– Çempionatda məğlub etmədiyiniz rəqib qalmadı. Bu əlavə motivasiya verir?

– Ən vacib olan budur ki, mayın sonu istədiyimiz yerdə olaq.

– Salifu Sumayla bağlı “Fənərbağça”nın maraqlanması doğrudur?

– Xeyr, rəsmi təklif olmayıb. Yaxın zamanda bu keçid olmayacaq. Sumanın agentini dəvət etmişdik. Onunla görüşdük və müqaviləni uzatdıq. Vacib olan futbolçunun situasiyanı dəyərləndirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43