“Betis”in yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” futbolçunun xidmətində maraqlıdır. Yayda Premyer Liqa təmsilçisi oyunçu üçün danışıqlara başlayacaq.
İskonun “Betis”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 32 yaşlı futbolçu “Malaqa”, “Real”(Madrid), “Sevilya” komandalarında oynayıb.

