05 İyun 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu ciddi zədə alıb

“Barselona” yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Atletiko” ilə oyunda zədələnib. O, daha sonra məcburi əvəzlənib. Kasadonun diz bağlarının zədələnməsi şübhəsi var. 

İspaniyalı oyunçu La Liqanın cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43