05 İyun 2026
Dünya futbolu

“Barselona” portuqaliyalı hücumçuya qovuşur

“Milan”ın hücumçusu Rafael Leao karyerasını “Barselona”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun agenti  “Barselona”nın prezidenti Xuan Laporta ilə danışıqlar aparır. Hazırda tərəflər müqavilənin şərtlərini müzakirə edirlər.

25 yaşlı forvard bu mövsüm “Milan”ın heyətində 39 matçında iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43