05 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Haiti oyununa nə qədər bilet satılıb? 

Bu gün Azərbaycan millisi Haiti yığmasıyla yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə maraq azdır. Qarşılaşmaya cəmi 2000 bilet satılıb.

Azərbaycan – Haiti oyunu bu axşam saat 21:45-də start götürəcək. Görüş “CBC Sport” kanalından canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43