“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu yay “Real”a keçə bilər.
İdmanxeber.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu 2025-ci il Klublararası Dünya Çempionatında mübarizə aparmaq istəyir. Bu səbəbdən də portuqaliyalı Madrid klubu ilə müqavilə bağlaya bilər.
Xatırladaq ki, FİFA sözügedən turnir üçün iyunun 1-dən 10-a kimi xüsusi transfer pəncərəsi açacaq.
Ronaldo 2022-ci ilin sonunda “Əl-Nəsr”in futbolçusu oldu. Onun səudiyyəlilərlə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

