06 İyul 2026
Ölkə futbolu

Samir Abasov onu bağışlamır

Bir müddət öncə “Neftçi”nin baş məşqçisi Samir Abasovun Alfa Konteni komandadan uzaqlaşdırdığını yazmışdıq. Təcrübəli mütəxəssis oyunçunun intizamsız davranışları səbəbindən bu addımı atıb.

Konte məşqlərini fərdi şəkildə davam etdirir. O, müqaviləsindəki bəndə əsasən, xüsusi məşqçinin nəzarəti ilə çalışır.

Yarımmüdafiəçi bir neçə dəfə baş məşqçi ilə danışmaq istəsə də, Abasov futbolçunu bağışlamaq niyyətində deyil. İntizamsız davranışlarına görə xəbərdarlıqlara məhəl qoymayan Konte indi bunun cəzasını çəkir.

Yarımmüdafiəçi böyük ehtimalla mövsümün sonuna qədər əsas komandadan uzaq olacaq.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43