25 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atdı

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.

Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də – 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə – 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43