29 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan” – “Sabah” matçına doğru: iki klubda da ciddi itkilər

Misli Premyer Liqasının XXXIII turunda “Araz Naxçıvan” “Sabah”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunda oyun öncəsi ciddi itkilər var. Coy-Lens Mikels, Kahim Parris və Amin Seydiyev zədə səbəbindən bu görüşdə iştirak etməyəcək.

Naxçıvan klubunda da itkilər var. Mustafa Əhmədzadə, Ayyub Allaş və Ramin Nəsirli zədəli olduqları üçün “Sabah”a qarşı oynamayacaq. Cəzalı Urfan Abbasov da görüşü kənardan izləyəcək.

“Sabah” – “Araz Naxçıvan” oyunu bu gün saat 19:30-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43