29 İyun 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu Braziliya klubuna keçir

“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Flamenqo” ilə razılığa gəlib. O, yayda yeni klubuyla müqavilə imzalayacaq.

33 yaşlı oyunçu 2023-cü ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm londonluların heyətində 27 oyuna çıxaraq, 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43