28 İyun 2026
Ölkə futbolu

Pullarını ala bilməyən futbolçular oyuna çıxmadı – Azərbaycanda 

Azərbaycan II Liqa klubu “Kür Araz”da maliyyə problemləri olduğunu bildirmişdik.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik məsələni həll edə bilmir. Oyunçular isə maaşlarını almadıqları üçün etiraz edirlər.

Əmək haqqlarını ala bilməyən futbolçulardan –  Həsənli Eltun, İlkin Hüseynov, Nicat Fərəcli, Cavidan Musazadə və Bayram Əliyev komandanın çempionatın son turunda “Ağdaş”a qarşı keçirdiyi matça çıxmayıblar.

Klub rəhbərliyi məcburən heyətdəki yeniyetmələrə şans verib. Görüş “Kür Araz”ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43