“Neftçi”nin əcnəbi qapıçı axtarışında olduğunu daha öncə xəbər vermişdik. Rəhbərlik yeni mövsümdə heyətə legioner qolkiper transfer edəcək. Artıq bu istiqamətdə çalışmalar başlayıb və oyunçu axtarışı davam edir.
Rəhbərliyin bu qərarının ardından komandanın təcrübəli futbolçularından olan Emil Balayev “Neftçi”dən getmək fikrinə düşüb. Çünki təcrübəli oyunçu “ağ-qaralar”ın 3-cü qolkiperi olmaq niyyətində deyil.
Millimizin sabiq üzvü yeni gələcək əcnəbi qapıçı ilə bərabər, heyətdə Rza Cəfərovun da olduğunu nəzərə alaraq, özünə forma şansının az gələcəyini düşünür. Bu səbəbdən də o, komandada qalıb-qalmamağa da tərəddüd edir.
“Neftçi” rəhbəriyi isə Emilin getməsini istəmir. “Ağ-qaralar” Balayevin ayrılmasına qarşıdır. Ancaq komandada üçüncü qapıçı olmaq istəməyən təcrübəli “əlcək sahibi” özünə gələcək təklifləri dəyərləndirmək qərarına gəlib.
İdmanxeber.az

