“Fiorentina” baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssisi göndərmək qərarına gəlib. Onun müqaviləyə qarşılıqlı razılıq əsasınsa xitam verilib.
Mütəxəssis 2024-cü ilin iyulundan “Fiorentina”nı çalışdırırdı.
“Fiorentina” Palladinonun rəhbərliyi altında A seriyasının 2024/25 mövsümünü 65 xalla 6-cı pillədə başa vurub.

