13 İyul 2026
Ölkə futbolu

UEFA “Qarabağ”a ödəniş etdi 

UEFA “Qarabağ” Futbol Klubuna Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə ödəniş edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA tərəfindən ayrılmış 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43