19 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Rumıniya klubu azərbaycanlı futbolçunu razı saldı – Geri sayım başladı 

“Neftçi”nin qapıçısı Rza Cəfərov karyerasını ölkəxaricində davam etdirməyə yaxındır. Rumıniyanın “Dinamo” (Buxarest) klubu bir müddətdir futbolçunun xidmətində maraqlıdır.

Onlar artıq Rza ilə ilkin danışıq aparıb. Buxarest təmsilçisi millimizin qapıçısını  əsas heyətdə oynatmağı düşünür. Cəfərov da bu təklifə müsbət yanaşır.

O, karyerasını Rumıniyada davam etdirmək niyyətindədir. Oyunçunun razı salan Rumıniya klubu “Neftçi” ilə danışıqları davam etdirir.

Rumınlar ilkin mərhələdə Rzanı icarəyə götürmək istəyir. Bunun üçün “Neftçi”yə təzminat ödəməyə də hazırdılar. Klublar arasında danışıqlar davam edir.

“Ağ-qaralar” hazırda legioner qapıçı axtarışındadır. Heyətə cəlb ediləcək yeni qolkiperin ardından Rzanın gedişinə izn veriləcək. Çünki millimizin üzvü ehtiyatda qalmaq istəmir.

Yaxın günlərdə qapıçının “Dinamo”ya keçidi yüksək ehtimaldır.

Xatırladaq ki, Cəfərovun “Neftçi” ilə 2027-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm 35 oyunda çıxış edib.

Həsən Quluzadə / İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43