19 İyun 2026
Dünya futbolu

“Napoli” italiyalı futbolçunu buraxmadı

“Napoli” müqaviləsi başa çatan Aleks Mereti komandada saxlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu 28 yaşlı qolkiperin sözləşməsini uzadıb. Yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

“Napoli” Aleks Mereti 2018-ci ilin yayında “Udineze”dən transfer edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43