08 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin qurtulmaq istədiyi futbolçunu istəyən yoxdur – Növbəti mövsüm də…

“Neftçi” hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Baş məşqçi Samir Abasov təcrübəli futbolçunu komandada saxlamaq istəmir. Şeydayev mütəxəssisin gələcək planlarına daxil deyil.

Rəhbərlik də həmçinin millimizin sabiq üzvü ilə yolları ayırmaq istəyir. Buna səbəb Şeydayevin aşağı səviyyəli çıxışı ilə yanaşı, kifayət qədər yüksək olan maaşıdır.

“Ağ-qaralar” aylıq 55 min dollar əmək haqqı alan hücumçudan qurtulmaq istəyir. Onun satılması və ya icarəyə verilməsi də gündəmdədir.

Ancaq hələlik kluba Ramil üçün heç bir müraciət gəlməyib. Şeydayev hazırda heç bir komandanın maraq dairəsində deyil.

Ramilin adı mətbuatda ara-sıra müxtəlif komandalarla hallansa da, ortada rəsmi heç nə yoxdur. Böyük ehtimalla Şeydayev istənməməsinə rəğmən, növbəti mövsüm də “Neftçi”də qalacaq.

Xatırladaq ki, 29 yaşlı hücumçunun 2027-ci ilə qədər müqaviləsi var.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43