UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” komandası dörd futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub qapıçı Lovre Kaliniç və icarə müddəti başa çatan hücumçular – Stipe Buik, Yan Mlakar və Nazari Rusinlə vidalaşıb.
Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da başlayacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da olacaq.

