28 İyun 2026
Ölkə futbolu

Legioner həyatı yaşamaq istəyən futbolçunun taleyi rəhbərlikdən asılıdır 

“Neftçi”nin qapıçısı Rza Cəfərovun legioner həyatı yaşamağa yaxın olduğunu bildirmişdik. Millimizin üzvünün xidmətində Rumıniyanın “Dinamo” (Buxarest) klubu maraqlıdır. 

Artıq Rumıniya təmsilçisi Rza ilə bağlı “Neftçi”yə rəsmi təklif göndərib. Onlar Cəfərovu transfer etmək istədiklərini bildirib. Buxarest təmsilçisi qapıçını da razı salıb. 

Gənc qolkiper özü də legioner həyatı yaşamaq istəyir. O, “Dinamo”nun təklifini qəbul edib. Rza “Neftçi” rəhbərliyinə getmək istədiyini söyləyib.

Heyətdə Emil Balayev olması və əcnəbi bir qapıçının da gələcəyini düşünən millimizin oyunçusu ehtiyatda qalmaq istəmir.

Bu səbəbdən də Rza  “Neftçi” rəhbərliyindən transferə izin verilməsini xahiş edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43