25 İyun 2026
Dünya futbolu

“Qalatasara”a serbiyalı qapıçıdan bəd xəbər

“Qalatasaray”ın transfer etmək istədiyi Corce Petroviç gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, “Çesli”nin qapıçısı İngiltərədə qalacaq. Onun xidmətində “Sanderlend” klubu maraqlıdır. 

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir.

Serbiya millisinin üzvü olan 25 yaşlı qolkiper ötən mövsüm icarə əsasında Fransanın “Strasburq” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43